Birinci Qarabağ müharibəsində 253 nəfər Ermənistana aparılıb - Eldar Səmədov

13:00 | 30.04.2024
Birinci Qarabağ müharibəsində 253 nəfər Ermənistana aparılıb - Eldar Səmədov

Birinci Qarabağ müharibəsində 253 nəfər Ermənistana aparılıb - Eldar Səmədov

Birinci Qarabağ müharibəsi zamanı 872 nəfərin sağ qalması  və onlardan 253 nəfərin Ermənistan ərazisinə aparılması haqqında məlumat var. Bunu Əsir və Girovlarla iş üzrə Dövlət Komissiyası rəhbərinin müavini Eldar Səmədov deyib.

"Biz bununla bağlı Ermənistan Reapublikasında fəaliyyət göstərən uyğun quruma mürqciət etmişik. Amma onlar bizimlə lazım olan əməkdaşlığı etmirlər”,  -Səmədov bildirib.

O, həmçinin qeyd edib ki, əgər əvvəllər problem ərazilərin işğal altında olmalı idisə, indi problem məzar yerlərinin olduğu ərazilərin minalanmasıdır. 

"Ən dəqiq bu məzarlıqların yerləşdiyini erməni tərəf bilir. Amma bizə demirlər. Onlar desələr, biz bu işi daha operativ görə bilərik”, - Səmədov deyib. 

İtkin düşənlərin sayı 3932 nəfərdir. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM