2024-cü ilin birinci rübündə Bakı Fond Birjasında (BFB) bütün alətlər (törəmə alətlər istisna olmaqla) üzrə birja əməliyyatlarının ümumi dövriyyəsi 7 milyard 548 milyon 979,94 min manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan” agentliyinə birjadan məlumat verilib.
2 milyard 200 milyon 356,769 min manat (artım 61%) dövlət qiymətli kağızları ilə əməliyyatların payına düşüb.
Yanvar-mart aylarında BFB-nin ümumi dövriyyəsində korporativ bazarın payı 468 milyon 380,685 min manat (artım 2,1 dəfə) təşkil edib.
Birinci rübdə BFB-nin ümumi dövriyyəsində repo əməliyyatlarının payı 4 milyard 880 milyon 242,485 min manat (artım 2,5 dəfə) təşkil edib.
BFB-dən verilən məlumata görə, mart ayının sonuna birjanın kapitallaşması (listinqdə olan qiymətli kağızların dəyəri) 5 milyard 768 milyon 811,684 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonuna olan göstəricidən 15,4% çoxdur.
Əvvəllər məlumat verildiyi kimi, 2023-cü ildə BFB-nin dövriyyəsi 27 milyard 335 milyon 355,405 min manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 1,8 dəfə çoxdur.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !