• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb
22.04.2024 12:38
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb. Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Belə ki, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ) əsasən aparılacaq. Sərbəst formada şagird qəbulu aparılan məktəblərə valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimini birbaşa edəcəklər. Prioritet (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) üzrə valideynlər isə ilk növbədə müəyyən edilmiş müddətdə (Azərbaycan bölməsi üzrə 3 may-3 iyun 2024-cü il, tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə 12 iyun-12 iyul 2024-cü il tarixlərində) üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər. Prioritetlərin tətbiqi yaşayış sıx olan ərazilərdə valideynlərin məktəb seçimini asanlaşdırmaq məqsədlərinə xidmət edir.

Müvafiq müddət başa çatdıqdan sonra üstünlük hüququ tətbiq olunan məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul (tədrisi digər dillərdə olan və müsabiqə yolu ilə qəbul aparılan liseylər istisna olmaqla) aparılacaq.

Mayın 1-də 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üzrə uşaqların qeydiyyatına www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə start veriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video
Cəmiyyət 18:15
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video
Şəkidə yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var
Cəmiyyət 17:45
Şəkidə yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
Cəmiyyət 17:04
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 16:53
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Cəmiyyət 14:20
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Hərbi qulluqçulara mənzillər verilib
Cəmiyyət 13:54
Hərbi qulluqçulara mənzillər verilib
Hava ilə bağlı XƏBƏRDARLIQ
Cəmiyyət 13:44
Hava ilə bağlı XƏBƏRDARLIQ
Sabah 31 dərəcə isti olacaq
Cəmiyyət 12:03
Sabah 31 dərəcə isti olacaq
Bakıda ev yanıb
Cəmiyyət 09:00
Bakıda ev yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol