• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Birinci vitse prezidentin katibliyinin rəisi təyin olunan Altay Həsənov kimdir?

Birinci vitse prezidentin katibliyinin rəisi təyin olunan Altay Həsənov kimdir?
01.06.2017 17:02
Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyinin rəisi vəzifəsinə təyin olunub. 
 
Anews.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. 
 
1961-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub.
1978-ci ildə Bakı şəhəri 6 saylı orta ümumtəhsil məktəbini bitirib.
Həmin il, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub.
1980-ci ildə təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və 1983-cü ildə həmin universitetin filologiya fakültəsini bitirib.
1983-1989-cu illərdə Azərbaycan SSR Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləmişdir.
1984-1986-cı illərdə Moskvada A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təcrübə keçmişdir.
1986-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyası rəyasət heyətinin ədəbiyyat, dil və incəsənət şöbəsinin elmi katibi olmuşdur.
1989-cu ildə "Xəzər”jurnalının nəşriyyat kollegiyasında işləmişdir.
1990-2004-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
2002-ci ildən etibarən, Azərbaycan Gimnastika Federasiyasının Vitse-prezidentidir.
Bədii gimnastika üzrə Dünya Kuboku mərhələləri (2003, 2004 və 2005-ci illərdə), həmçinin Dünya Çempionatı (2005-ci il) və Avropa Çempionatlarının keçirilməsi üzrə yaradılmış (2007, 2009, 2014-cü illərdə) Yerli Təşkilat Komitələrinin Vitse-prezidenti vəzifəsini icra etmişdir. Bundan əlavə, 2014-cü ilin Avropa Çempionatında bilavasitə yarışlar zamanı Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının  üzvü olmuşdur.
2015-ci il 29 iyun tarixində Prezident İlham Əliyev tərəfindən Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda əldə olunan nəticələrə, həmçinin ölkədə gimnastikanın inkişafına sərf etdiyi əməyə görə, "Şöhrət” ordeni ilə təltif edilib.
 

Evlidir, bir qızı, iki nəvəsi var.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol