Birinci xanım xəstəxanaya yerləşdirildi

09:29 | 13.01.2014
Birinci xanım xəstəxanaya yerləşdirildi

Birinci xanım xəstəxanaya yerləşdirildi

BFransanın birinci xanımı Valeri Trirveyler Parisdəki xəstəxanalardan birinə yerləşdirilib. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir."Reuters" agentliyi yazır ki, V.Trirveyler Fransa Prezidenti Fransua Ollandın aktrisa ilə sevgi macəralarından bəhs edən qalmaqallı xəbərdən sonra özünü pis hiss edib və xəstəxanaya yerləşdirilib.Məlumatı Yelisey Sarayından da təsdiq ediblər və lakin bildiriblər ki, birinci xanım müalicə və tibbi müayinə məqsədilə xəstəxanaya yerləşdirilib.V.Trirveylerin bazar ertəsi evə buraxılacağı gözlənilir.Qeyd edək ki, bu günlərdə "Closer" jurnalında F.Ollandın aktrisa Jüli Qaye ilə sevgi macəraları yaşadığı barədə məqalə dərc olunmuşdu."Le Parisien" qəzeti yazır ki, birinci xanım qalmaqallı məqalə işıq üzü görəndən sonra - cümə axşamı xəstəxanaya yerləşdirilib.Fransa Prezidenti isə "Closer" jurnalına qarşı iddia qaldıracağını bəyan edib. Dərgi J.Qayenin vəkilinin tələbindən sonra adıçəkilən məqaləni saytından çıxarıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM