Birinci xanımların modelyeri öldü - FOTOLAR

14:05 | 21.10.2014
Birinci xanımların modelyeri öldü - FOTOLAR

Birinci xanımların modelyeri öldü - FOTOLAR

Dünyanın ən məşhur dizaynerlərindən biri dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, Oskar de la Renta evində ölüb. 82 yaşlı modelyerin ölüm səbəbi bəlli olmasa da, onun illər öncə xərçəngdən əziyyət çəkdiyi bəllidir.
Amerikanın moda ikonası olan de la Renta Jaklin Kennedi, Laura Buş başda olmaqla bir çox birinci xanımı geyindirib.
Məşhur modelyer son olaraq aktyor Corc Kluninin yeni evləndiyi vəkil sevgilisi Amal Alamuddinin gəlinliyi ilə gündəmə gəlmişdi. De la Renta Hollivud ulduzlarının qırmızı xalı üçün müraciət etdikləri modelyerlər arasında olub.
1932-ci ildə doğulan modelyer ABŞ-dan öncə İspaniya və Fransada yaşayıb. O, Amerika moda sənayesinin inşikafında misilsiz xidmətləri olanlardan biridir.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM