Birləşmiş Ərəb Əmirliklərindən Bakıya birbaşa aviareys açılır

10:26 | 22.09.2014
Birləşmiş Ərəb Əmirliklərindən Bakıya birbaşa aviareys açılır

Birləşmiş Ərəb Əmirliklərindən Bakıya birbaşa aviareys açılır

Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” milli aviaşirkəti Abu-Dabi-Bakı istiqamətində birbaşa aviareys açır.

“APA-Economics”in “Etihad Airways”in rəsmi saytına istinadən verdiyi məlumata görə, aviareyslər Bakı, o cümlədən Gürcüstanın paytaxtı Tiflis və Dər-üs-Salam (Tanzaniya) şəhərlərinə də yerinə yetiriləcək.

 

Qeyd edək ki, Abu-Dabi-Bakı marşrutu üzrə uçuşlar 2015-ci ilin 1 oktyabr tarixindən “Airbus A320” təyyarələrində həftədə 4 dəfə həyata keçiriləcək.

 

Aviaşirkətin məlumatında qeyd edilib ki, növbəti ildə Cənubi Qafqaz regionu şirkətin əsas diqqət mərkəzində olacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM