Birləşmiş Ərəb Əmirliklərinin parlamentinə ilk qadın sədr seçildi

22:58 | 19.11.2015
Birləşmiş Ərəb Əmirliklərinin parlamentinə ilk qadın sədr seçildi

Birləşmiş Ərəb Əmirliklərinin parlamentinə ilk qadın sədr seçildi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) parlament sədrliyinə keçirilən səsvermədə qadın namizəd Əməl əl-Kubeysin qalib gəlib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Federal Milli Məclisin 16-ci dövr açılış sessiyasında keçirilən Məclis rəhbərliyi seçkisini yeganə qadın namizəd olan Əməl əl-Kubeysi qazanıb. Beləliklə, o,  BƏƏ-nin ilk qadın məclis sədri olub.

BƏƏ universitetinin Mühəndis-memarlıq fakültəsindən 1993-cü ildə məzun olan Kubeysi, İngiltərədə eyni sahədə doktorluq təhsilini tamamlayıb. BƏƏ universitetində bir müddət baş müəllim kimi çalışan qadın 2011-ci ildə parlamentə daxil olaraq Məclis sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM