Birləşmiş Ştatlar bu dövlətlə sərhəddə 5.500 nəfərlik qoşun göndərir

11:41 | 11.09.2019
Birləşmiş Ştatlar bu dövlətlə  sərhəddə 5.500 nəfərlik qoşun göndərir

Birləşmiş Ştatlar bu dövlətlə sərhəddə 5.500 nəfərlik qoşun göndərir

Birləşmiş Ştatların Müdafiə Departamenti  qanunsuz miqrasiyaya qarşı mübarizə məqsədilə Meksika sərhədlərində 5.500 nəfərlik qoşun hissələri yerləşdiriləcəyini bildirib. 
 
Miqrant axınının qarşısını almaq üçün 3.6 milyard dollarlıq divarın tikintisini ictimaiyyətə açıqladıqdan bir həftə sonra Pentaqon həmçinin Daxili təhlükəsizlik Departamentinin bu məqsədlə qoşun hissələrindən də istifadə olunması barədə müraciətinə müsbət cavab verib. 
 
Pentaqonun sözçüsü polkovnik-leytenant Kris Mitçelin sözlərinə görə sərhəd infrastrukturunu qorumaq, sərhəd pozucularını aşkar etmək və nəzarət altında saxlamaq üçün, həmçinin havadan dəstək məqsədilə Müdafiə Departamenti 5.500 nəfərlik şəxsi heyət ayıracaq. 
 
Müdafiə katibi Mark Esper tərəfindən təsdiqlənmiş bu planın icrasına cari ilin əvvəlindən başlanılıb. Bu prosesə gələn il oktyabrın 1-dən maliyyə vəsaiti ayrılacaq. 
 
Hal-hazırda sərhəddə 2900 əsgər və ehtiyat qüvvə kimi əlavə 2000 nəfər yerləşdirilib. 
 
Mitçel onu da bildirib ki, sərhəddə mülki məqsədlə hərbi qüvvənin yerləşdirilməsinin ABŞ ordusunun hərbi hazırlığına ciddi bir aidiyyəti yoxdur. O deyib ki, hər ay minlərlə insan qeyri-qanuni yollarla Birləşmiş Ştatlara gəlməyə cəhd göstərir və hərbi güc bu cür cəhdlərə mane olmaq üçün istifadə edilir.
 
Xatırladaq ki, prezident Donald Tramp nüfuzunu artırmaq üçün qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparır. 
 
Konqress Meksika sərhəddində Meksikanın hesabına tikiləcək divar haqqında Trampın təklif etdiyi qanun lahiyəsini bu ilin fevralında rədd etdikdən sonra Tramp administrasiyası üçün bu məsələ milli zərurət məsələsinə çevrilmişdir. 
 
Demokrat partiyasından olan senator Çak Şumer isə bildirib ki, onun partiyası sərhəddə divar tikintisinə maliyyə vəsaitinin ayrılmasının qarşısını almaq məqsədilə yaxın vaxtlarda bu işlə ciddi şəkildə məşğul olacaq. 
 
Şumer deyib: "prezidentin milli təhlükəsizlik bəyənnaməsi konstitusional hakimiyyət bölgüsünə hörmətsizlik nümayiş etdirən biabrırçı zorakılıqdır."
 
Məhəmməd Hüseynov
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM