ABŞ Senatı Barack Obamanın Rusiyaya səfir göndərmək istədiyi namizədi bu posta təsdiqləyib.
Birləşmiş Ştatların Rusiyadakı yeni səfiri John Tefft uzun illərdir xarici əlaqələr xidmətində çalışır. O, 1972-ci ildə diplomatik karyerasına başlayıb.
ABŞ-ın Ukrayna və Gürcüstanda səfiri olub. Rusiya mətbuatı onu keçmiş Sovet Respublikalarında siyasi hadisələri «qızışdıran» adam kimi tənqid edib.
ABŞ-ın Rusiyadakı səfir postu bu ilin fevral ayından boş qalmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !