Bitcoin 90 min dollardan aşağı düşüb

20:43 | 13.01.2025
Bitcoin 90 min dollardan aşağı düşüb

Bitcoin 90 min dollardan aşağı düşüb

2025-ci il yanvarın 13-də ticarət zamanı bitkoinin qiyməti 18 noyabr 2024-cü ildən bəri ilk dəfə 90 min dollardan aşağı düşüb. Bu Binance kriptovalyuta birjasının məlumatlarında qeyd olunub.

İlk kriptovalyutanın dəyəri 89,919 min dollara (-5,21%) düşüb. 

Bitget Research baş analitiki Ryan Lee daha əvvəl demişdi ki, Bitcoin, ilk növbədə, ABŞ-ın gələcək aylarda pul siyasəti ilə bağlı investorların narahatlığı səbəbindən azalır. 
 
Ekspert qeyd edib ki, yanvarda bitkoinin məzənnəsinə istehlak qiymətləri indeksi ilə bağlı məlumatların dərci təsir edə bilər, bunun əsasında ABŞ Federal Ehtiyat Sistemi əsas məzənnəni saxlaya və ya artıra bilər ki, bu da kriptovalyutalara təzyiqi artıracaq.

5 dekabr 2024-cü ildə Bitcoin-in qiyməti ilk dəfə olaraq 100 min dolları ötüb. Dekabrın 30-da pul vahidi 93 min dollara qədər ucuzlaşıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti