Bitkoinin dəyəri 11,08% azalaraq 53,868 dollar təşkil edib. Bu barədə məlumatları onlayn rəqəmsal valyuta mübadiləsi xidməti Binance dərc edib.
Bitkoinin qiyməti fevralın 14-dən bəri ilk dəfə 50 min dollardan aşağı düşüb.
Kriptovalyuta bazarının analitiki Viktor Perşikov qeyd edib ki, kriptovalyuta bazarı yaxın günlərdə azalmağa davam edə bilər.
Onun fikrincə, bitkoinin məzənnəsi 45–47 min dollara, bütün bazarın kapitallaşması isə 1,5 trilyon dollara qədər azala bilər.
MDB-də Bitget kriptovalyuta birjasının marketinq direktoru Anton Toroptsev bildirib ki, avqustda Bitcoin məzənnəsi ya 60 min dollardan aşağı düşə, ya da 68 min dollara yüksələ bilər.
İyulun sonunda bitkoinin qiyməti ay yarımda ilk dəfə (10 iyundan) 70 min dolları keçib.
Bundan əvvəl analitiklər Bitcoin-in artımının zəifləməsi riskləri barədə xəbərdarlıq etmişdilər.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !