Bitkoinin qiyməti 5000 dollar həddini ötərək, rekord səviyyəyə yüksəlib. Hazırda bitkoin 5145 dollara satılır.
Qeyd edək ki, bitkoinin qiyməti 2017-ci ilə 966 dollardan başlayıb. İlin əvvəli ilə müqayisədə 5,3 dəfə bahalaşıb.
Anews.az Report-un analitik qrupuna istinadla bildirir ki, son zamanlar Çin, Avropa İttifaqı və Rusiya kimi ölkələr bitkoinin alqı-satqısı və emissiyasının məhdudlaşdırılması ilə bağlı açıqlamalar yaymasına baxmayaraq, bu kriptovalyutaya tələbat artmaqda davam edir. Bir qədər əvvəl isə Beynəlxalq Valyuta Fondu (İMF) bitkoinlərin legitimliyini tanıyıb.
Bildirək ki, 25 aprel 2010-cu ildə ilk rəsmi bitkoin satışı həyata keçirilib - 1000 bitkoin 0,3 sentə dəyişdirilib. Yalnız 2011-ci ilin fevral ayında bitkoin dollarla paritetə çatıb və artıq 2011-ci il iyunun 9-da məzənnə 29,57 dollar/bitkoinə yüksəlib. Daha sonra 2 dollara qədər ensə də, 2013-cü ilin aprelində 266 dollara yüksələn bitkoin sonra yenidən 50 dollara qədər ucuzlaşıb. Həmin ilin noyabrında isə bitkoin 1000 dollara qədər bahalaşıb və 2015-ci ilin yanvarında yenidən 200 dollara enib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !