Bitkoinin qiyməti bahalaşıb ən yüksək həddə çatdı

Ən geniş yayılmış kriptovalyuta olan bitkoin bugünkü hərraclarda sentyabr ayının əvvəlindən etibarən ən yüksək həddədək bahalaşıb.
Anews.az "CoinMarketCap”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10.46-da bitkoin 0,68 faiz bahalaşaraq 11.473 ABŞ dollarından, ən çox kriptovalyuta satılan "Binance” birjasındakı hərracda isə 1,15 faiz bahalaşaraq 11.472 dollardan satılıb. Bundan əvvəl buitkoin 2 sentyabr tarixindən sonra ilk dəfə 11.700 dollar səviyyəsinə çatmışdı.
Dünya kriptovalyuta bazarının 58,4 faizi bitkoinin payına düşür.
"Binance”ın Rusiyadakı direktoru Qleb Kostarev "RİA Novosti”yə açıqlamasında bitkoinin bundan sonra da bahalaşacağını güman edib: "Micro Strategy", "Galaxy Digital" kimi şirkətlərin, Square ödənişlər platformunun külli miqdarda bitkoin ehtiyatlarına malik olmaları barədə xəbərlər iqtisadiyyatda hazırkı qeyri-müəyyənlik şəraitində əmanət vasitəsi kimi kriptovalyutalara marağın artmasından xəbər verir, həm də kriptinin qiymətinə müsbət təsir göstərir”.
www.anews.az