"Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimovla müsahibə
Salam, Şakir
müəllim. Bizimlə görüşməyə vaxt ayırdığınız üçün çox sağ olun. Söhbətimizi
ümumi bir sualla başlamaq istərdim – koronavirus COVID-19 enerji daşıyıcılarının
dünya qiymətlərinə, səhm bazarına və bütünlükdə dünya iqtisadiyyatına necə
təsir göstərmişdir?
Siz neft qiymətləri barədə qeyd etdiniz. Qısaca danışa
bilərsinizmi neft bazarında hazırda nə baş verir?
Neftin aşağı qiymətinin və koronavirusun ölkə iqtisadiyyatına təsiri barədə
nələri qeyd edə bilərsiniz? Baş verənlərə qarşı biz nə dərəcədə hazırıq?
Neft ixrac edən ölkələrdən
biri olaraq ölkəmizə eyni anda iki xarici amil mənfi təsir göstərir: dünyada
iqtisadi vəziyyət və neftin aşağı qiymətləri. Bunlar da ölkə üçün ciddi
çağırışlardır. Yuxarıda sadalanan şoklara ölkədaxili özünütəcrid siyasəti də əlavə
olunur: yəni əhali daha az mallar alır və xidmətlər istehlak edirlər. Əminəm
ki, birlikdə biz bu çağırışın öhdəsindən də gələcəyik. Biz neftin aşağı
qiymətlərinə əvvəlki dövrlərdən, misal olaraq 2015-ci ildən indi daha yaxşı
hazırıq. Mən fikrimcə əlverişli hesab etdiyim amilləri sadalamağa çalışacağam:
1) yəqin ki ən başlıcası – böhran şəraitində ölkə rəhbərliyinin reaksiya və
tədbirləri. Sevindirici haldır ki, operativ şəkildə məntiqli qərarlar qəbul
olunur və sonra uğurla icra olunur. Cənab Prezidentin şəxsi təşəbbüslərini
xüsusilə vurğulamaq istərdim;
2) neft qiymətlərindəki
volatilliyin dövlət büdcəsinə mənfi təsirlərini azaltmağa kömək edən büdcə
qaydalarının qəbul olunması dövlətin bütün sosial öhdəliklərini tam yerinə
yetirməyə imkan verir; 3) biz 2015-ci ildən bəri ölkənin qızıl-valyuta ehtiyatlarının artımına nail olmuşuq və əgər USD ekvivalentində qızıl-valyuta ehtiyatlarının ÜDM-ə nisbəti göstəricisinə baxsaq hazırda bu göstərici 2015-ci illə müqayisədə xeyli yüksəkdir;
4) xarici borcun ÜDM-ə nisbətinin aşağı səviyyəsi;
5) möhtəkir valyuta əməliyyatları üzərində daha sərt nəzarət;
6) iqtisadiyyatın şəffaflaşmasına, vergi və gömrük yığımlarının artmasına gətirib çıxaran vergi və gömrük sferasında həyata keçirilən islahatlar (qeyd etmək lazımdır ki, biznes subyektlərinin ölkə iqtisadiyyatının inkişafı üçün əhəmiyyətini nəzərə almaqla vergi sferasında şəffaflıq tədbirləri daha çox motivasiya tədbirləri vasitəsilə həyata keçirilmişdir, nəinki cəza üsulları ilə və əminəm ki, Vergilər nazirliyi və İqtisadi inkişaf nazirliklərinin birləşdirilməsi bu siyasətin davam etdirilməsinə təkan verəcəkdir);
7) yeni nəsil menecerlərin (onlardan bir çoxlarını tanıyaraq, qeyd edə bilərəm ki, onlar yüksək səviyyəli peşəkarlardırlar) yaşlı nəsil təcrübəli rəhbərlər ilə sintezindən ibarət unikal modelin tətbiq olunması.
Bilirsiniz ki, cənab Prezident koronavirusun ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə və biznes mühitinə neqativ təsirlərini azltmaq məqsədilə sərəncam imzalayaraq bir sıra dövlət orqanları qarşısında həlli vacib məsələlər qoymuşdur. Həmin sərəncam haqda və bu çətin şəraitdə ölkə rəhbərliyi tərəfindən atılan digər addımalar barədə bir qədər də təfərrüatlı danışmağınızı xahiş edərdim.
Fikrimcə dövlət
koronavirusun ölkədə yayılmasının qarşısını almadan ötrü müstəsna qabaqlayıcı
tədbiləri digər ölkələrdən bir neçə həftə (bir sıra hallarda isə tam bir ay)
əvvəl görməyə başlamışdır. Bunlara misal olaraq Baş nazirin rəhbərliyi altında tərkibinə
yüksək ranqlı dövlət xadimlərinin daxil olduğu operativ qərargahın yaradılması,
koronavirus pandemiyasının iqtisadiyyata və sosial sferaya mənfi təsirlərini
azaltmaq üçün vəsaitin ayrılması, pandemiya ilə mübarizə fondunun yaradılması,
sərhədlərin bağlanması, xüsusi rejimin tətbiqi, həkimlərin əmək haqqlarının
artırılması ilə əlaqədar cənab Prezident tərəfindən vaxtında verilmiş
sərəncamları göstərmək olar.
Yaranmış vəziyyətdə cənab
Prezident özünün 19 mart tarixli sərəncamı ilə ən başlıca olanı nümayiş etdirdi
– dövlət əhaliyə və özəl sektora lazımi dəstəyi göstərəcəkdir. Sərəncama əsasən
iqtisadiyyatın, sosial sferanın və makroiqtisadi sabitliyin dəstəklənməsinə 1
milyard manat vəsait ayrıldı. Xüsusilə vurğulamaq lazımdır ki, biz dövlət
büdcəsindən bu məqsədlə vəsait ayıran ilk ölkələrdən biriyik. İqtisadiyyat
Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi və
Mərkəzi Bankın qarşısında dəqiq tapşırıqlar qoyulmuşdur: COVID-19
pandemiyasından zərər çəkmiş iqtisadiyyat sahələrinin və əhali təbəqələrinin
müəyyənləşdirilməsi; bu sahələrə dəyəcək ehtimal olunan zərərin məbləği barədə
informasiyanın və bu qruplara dəstəyin göstərilməsi ilə bağlı tədbirlər haqda
təkliflərin hazırlanması və Nazirlər Kabinetinə təqdim olunması; koronavirus
pandemiyasının bank sektoruna və makroiqtisadiyyata mənfi təsirlərinin
qiymətləndirilməsi; manatın və istehlak qiymətlərinin sabitliyinin
dəstəklənməsi üçün təlkliflərin hazırlanması.
Görülən tədbilər içərisində birinci Vitse-prezident Mehriban Əliyevanın əhalini ehtiyat tədbirlərinə riayət etmək, şəxsi məsuliyyət nümayiş etdirmək və yaşlılara qayğı göstərməklə əlaqədar maarifləndirici müraciətini yüksək qiymətləndirirəm. Ümid edirəm, digər tanınmış şəxslər də ondan nümunə götürəcəklər.
Banklar cəmiyyət qarşısında sosial məsuliyyətlərini necə görürlər? Banklar
və xüsusilə Bank Respublika bu istiqamətdə hansı işləri görür?
Qeyd etmək vacibdir ki,
banklar cəmiyyət və dövlət qarşısında öz
məsuliyyətlərini dərk edərək qarşıya çıxan yeni tələblərə doğru rekasiya
verməyi bacardılar: ölkənin zəruri mallarla fasiləsiz təmin olunması üçün
sahibkarların pul vəsaitlərini operativ köçürdülər və böyük əhali axınına
fasiləsiz xidmət göstərdilər. Banklar istirahət günlərsiz və son həftəni demək
olar ki, fasiləsiz fəaliyyət göstərdilər. Mən bank əməkdaşları ilə fəxr edirəm,
risklərə, yorğunluğa və çoxlu müxtəlif problemlərə baxmayaraq mərdliklə işə
çıxırdılar, böyük insan kütləsi ilə ünsiyyətdə olaraq öz vətəndaşlıq borclarını
yerinə yetirirdilər. Bankların ahəngdar işləməsində Mərkəzi Bankın və
Azərbaycan Banklar Assosiasiyasının vacib rolu olmuşdur. Prkatiki olaraq hər
gün görüşlər keçirilmiş, vacib qərarlar verilmişdir.
Nəhayət yekun sual: Sizin də qeyd etdiyiniz kimi xarici şoklar
iqtisadiyyatımızın bir çox sahələrində problemlərə yol açdı. Sizin fikrinizcə
dövlət və banklar mənfi nəticələrin kompensasiyası məqsədilə hansı tədbiləri
görməlidirlər?
1) koronavirusdan zərər çəkmiş sahibkarlara müvəqqəti vergi güzəştlərinin tətbiq olunması;
2) əməkdaşlarını ixtisar etməyən şirkətlərə əlavə vergi və gömrük preferensiyalarının verilməsi; 3) koronavirusla əlaqədar olaraq gəlir mənbəyini itirən, əhalinin nisbətən zəif təmin olunan təbəqələrinə müvəqqəti kompensasiyaların verilməsi;
4) kiçik və orta sahibkarların dövlət tenderlərinə daha aktiv cəlb olunması;
5) dövlət fondları (SİF, AKİA və s.) xətti ilə kreditlərin verilməsi işinin gücləndirilməsi;
6) mikrokreditlərin inkişafı məqsədilə, xüsusilə regionlarda bankların dəstəklənməsi;
7) sahibkarlıq və istehlak kredit müştərilərinin kreditləri üzrə fazilərin bir hissəsinin subsidiyalaşdırılması.
Banklar da öz növbəsində bunları etməlidir:
1)distant xidmət kanallarını təkmilləşdirmək və onların təhlükəsizliyini təmin etmək;
2) müştərilərə güzəşt müdddəti təqdim edilmə mexanizmini işləyib hazırlamaq
Təbii olaraq, requlyator – Mərkəzi Bank – bankları prudensial normativlərin yumşaldılması və zəruri likvidlik təmin etməklə dəstəkləməlidir.
Maraqlı söhbət üçün çox sağ olun. Sizə nailiyyətlər arzulayıram.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !