“Rusiyadan olan həmsədrlə danışarkən o mənə söz verdi ki, bu məsələni onlar izləyəcək və məşğul olacaqlar”. XİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, bunu bu gün Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Deyvid Lidinqtonla birgə keçirdiyi mətbuat konfransında deyib.Nazir Ermənistanın müdafiə naziri S.Ohanyanın əsirlər barədə səsləndirdiyi fikirlərə münasibət bildirib. O, Kəlbəcərdə əsir düşən azərbaycanlıların vəziyyəti və qanunsuz məhkəmə məsələsi haqqında da danışıb:“Bu məsələ bizim diqqətimizdədir. Parisdə olarkən həmsədrlər qarşısında bir daha bu məsələni qaldırdıq. Həmsədrlər Bakıda olarkən, cənab Prezident özü də bu məsələni qaldırmışdı. Həmsədrlər Yerevanda olarkən, öz növbələrində bu məsələyə toxunmuşdular. Rusiyadan olan həmsədrlə danışarkən o mənə söz verdi ki, bu məsələni onlar izləyəcək və məşğul olacaqlar”.Elmar Məmmədyarov prosesin sadəcə bir qədər vaxt apardığını vurğulayıb:“Əminliklə deyə bilərəm ki, Xarici İşlər Nazirliyi olaraq, Azərbaycan tərəfi bu məsələni diqqətlə izləyir. Bu məsələni belə boş buraxmayacağıq. Həmsədrlər ilk növbədə məsələ ilə məşğul olmalıdırlar və onlar bununla məşğul olurlar. Bu bir az vaxt tələb edəcək. Amma mən inanıram ki, biz onları geri qaytaracağıq. Buna mənim şübhəm yoxdur. Məhkəmənin qanunsuz olduğunu siz özünüz də dediniz”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !