"Qafqazinfo”nun musavat.com-a istinadən məlumatına görə, jurnalist prezidentdən "Konstitusiyanın təminatı olaraq mühakiməsiz edama məhkum olan vətəndaşları qorumağı düşünürsünüzmü?” deyə soruşub.
V.Putin isə R.Kadırovu günahsız göstərməyə çalışasa da, "Yenə də heç kimin mühakiməsiz edama haqqı yoxdur” deyib.
R.Kadrov isə V.Putinin mətbuat konfransına münasibətini instagram sosial şəbəkəsi vasitəsiylə bildirib: "RF prezidenti Çeçenistandakı hücumlarla bağlı dediyim sözlərin vətəndaşlarımızın fikirləri ilə üst-üstə düşdüyünü dedi. Terrorçularla mübarizədə bu şəxslərin ailələrinin də məhkəmədə cavab verməsi dünya praktikasında var və etibarlı üsuldur.
Biz prezidentimizin bütün tapşırıqlarını yerinə yetirməyə hazırıq. Onun əsgərləriyik. Bu gün bu qədər çətin problemlərin qarşısında V.Putinin nə qədər böyük lider olduğunu bir daha görürük”.
ANN.Az