Bizi mürəkkəb 2015-ci il gözləyir…

18:29 | 28.10.2014
Bizi mürəkkəb 2015-ci il gözləyir…

Bizi mürəkkəb 2015-ci il gözləyir…

Bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırladığı dövlət büdcəsi layihəsində açıq şəkildə yazılıb.

"Ukraynada cərəyan edən hadisələr və Rusiyaya qarşı sanksiyalar MDB ölkələrinin, xüsusilə də Rusiya ilə vahid ittifaqa daxil olan Belarusun və Qazaxıstanın iqtisadiyyatlarına mənfi təsir edir. Bu proseslər, öz növbəsində, iqtisadi cəhətdən MDB məkanına inteqrasiya etmiş Azərbaycanın idxal-ixrac əməliyyatlarına da təsir edir".

 Gəlin, necə deyərlər, faktlar üzərində gəzişək və müəyyən edək ki, növbəti ildə bizi nə gözləyir? Əsas məsələ – 1 bareli 90 dollar təşkil edəcək ixrac edilən neftin qiymətidir. Demək, dünyada hansı proseslərin getdiyini və əsasında başqa büdcə göstəricilərinin müəyyənləşdiyi bu strateji məhsulun qiymətinin düşməsini nəzərə alaraq, biz sığortalandıq və proqnozu aşağı saldıq. Neftin qiymətinin az olması, müvafiq olaraq Dövlət Neft Fondunun gəlirlərinin və Dövlət Neft Şirkətindən daxil olan vergilərin azalması deməkdir. Bəs büdcənin gəlirləri? Əgər neft fondundan olan transferləri ləğv etsək, bizim qeyri-neft sektorumuz buna tab gətirəcəkmi? Göründüyü kimi, xeyr… Büdcənin gəlirləri 2015-ci ildə 19,438 milyard manat, xərcləri isə – 21,100 milyard manat təşkil edəcək. Beləliklə, gözlənildiyindən daha az büdcə kəsiri olacaq. Yəni, burada balans nəzərə alınıb. O ayrı məsələ ki, 2014-cü illə müqayisədə gəlirlər və xəzinənin xərcləri bir milyard artacaq. Bundan başqa, büdcənin gəlir hissəsi öz ölçüsünə görə 2013-cü ilin faktiki göstəricilərini çox xatırladır. Bu isə o deməkdir ki, biz praktiki olaraq irəli getməyəcəyik. Aydın məsələdir ki, bu cür əhəmiyyətli sənədlərin layihəsi ehtiyatlı mühafizəkar yanaşmaya əsasən hazırlanır, amma onda məntiqli sual ortaya çıxır: əgər xəzinənin gəlirləri 2013-cü ildə olduğu kimi olacaqsa, onda xərclər niyə bu qədər artırılıb? Bu, artıq konservatizm deyil, bu, təmiz optimizmdir. Xüsusən də dünyada neftin qiymətinin düşməsi fonunda.  İldırımANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM