“Bizim 10 gün vaxtımız var” - Poroşenko

15:43 | 27.10.2014
“Bizim 10 gün vaxtımız var” - Poroşenko

“Bizim 10 gün vaxtımız var” - Poroşenko

Bazar günü keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Petr Poroşenko parlament koalisiyasının təşkil olunması ilə əlaqədar məsləhətləşməyə başlamağı planlaşdırdığını bildirib. AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, P.Poroşenko seçkilərin demokratik, avropayönümlü, milli qüvvələrin inamlı qələbəsini nümayiş etdirdiyini və bu qələbənin onlara inkişaf və islahatların keçirilməsinin təmin olunmasına geniş şərait yaratdığını qeyd edib. Çıxışının sonunda P.Poroşenko rus dilində deyib: “Bizim koalisiyanı formalaşdırmaq üçün 10 gün vaxtımız var və Ukraynanın ən yaxşı hakimiyyətini qura biləcəyimizə ümid edirəm. Ona görə ki, başqa heç bir hakimiyyət bu gün ölkənin qarşılaşdığı çətinliklərin öhdəsindən gələ bilməz”.“Xalq cəbhəsi” partiyasına başçılıq edən Arseni Yasenyuk öz növbəsində yaxın zamanlarda prezident bloku ilə birgə parlament koalisiyasını quracağını, bunun üçün Ukrayna və Avropa İttifaqı arasında assosiasiyanın olmasının vacibliyini bildirib.A.Yasenyuk Nazirlər Kabinetinin yeni heyətinə islahatlar keçirməyə qadir və Ukraynaya lazımi dəyişiklikləri gətirə biləcək peşəkarların daxil olacağına ümid bəslədiyini qeyd edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM