"Bizim brendlər" rubrikasının növbəti qonağı "RESM" eksklüziv zərgərlik brendinin yaradıcısı Rəsminə Qürbətova oldu. O, öz yaradıcılığında 3 məfhumu birləşdirə bilib: "Gözəllik. Milli miras. Simvolika". Onun brendinin əsas konsepsiyası - Azərbaycan xalçasının modelləri əsasında zinət əşyaları hazırlamaqdır. "RESM"in zəngin kolleksiyasında üzük, sırğa, qolbağı, kulon, qol düymələri və s. yer alır.
Yeri gəlmişkən, bu barədə daha ətraflı video müsahibədə öyrənə bilərsiniz.
Versace butikinə bizim rubrikamıza sponsorluq etdiyinə görə xüsusi minnətdarlığımızı çatdırırıq. İtalyan brendi Versace bütün dünyada məşhurdur. Versace-nin geyimlərindən və aksesuarlarından Hollivud ulduzları, uğurlu biznesmenlər və əsas dövlət adamları istifadə edir.
Hazırladılar: Lyaman Namazova
Operator: Elnur Nuriyev
Montaj: Fəridə Əliyeva