Qədim yaşayış məskəni Abşeron yarımadasının tarixi eramızdan əvvələ qədər gedib çıxır. Buradakı qədim kurqanlar, ocaq izləri və məzarlar bunu deməyə əsas verir. Qala kəndində və ona yaxın olan ərazilərdə 215-ə qədər arxeoloji abidə qeydə alınıb. Burada hətta eramızdan əvvəl 3-cü minilliyə aid tarixi izlər aşkar edilib. Qala kəndi ərazisindəki tarixi abidələrə misal kimi, 5 məscid, 3 hamam, 4 kəhriz, yaşayış evləri, kurqanlar, mavzoleylər, qala qalıqlarını və s. göstərmək olar. 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala Arxeoloji-Etnoqrafik Qoruğunda "açıq hava altında ilk Tarixi-etnik muzey kompleksi" yaradılıb. Ərazidəki bir çox abidələr restavrasiya edilib. Qoruqda çəkilmiş fotosessiyanı diqqətinizə çatdırırıq. Fotolar Orxan Əzimə məxsusdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !