"BlackBerry" yeni modelini tanıtdı

23:23 | 03.03.2015

"BlackBerry" yeni modelini tanıtdı

İspaniyada təşkil olunan Mobil Dünya Konqresində texnologiya şirkətlərinin yeni cihazlarını təqdim etməsi davam edir. Konqresdə "Samsung" və HTC-dən sonra "BlackBerry" yeni telefon modelini "BlackBerry Leap"ı təqdim edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ağıllı telefon bazarında ən aşağı satış göstəricilərinə görə böhran yaşayacağı qorxusu altında təqdim olunan son model özəllikləri ilə digərlərindən xeyli seçilir.

Telefonun texniki xüsusiyyətləri bunlardır: 5 inç. böyüklüyündə 720p HD həll oluna bilən İPS LCD ekrana sahib cihazda 8 meqapiksel arxa kamera, 16 GB yaddaş, 2 GB RAM, 128 GB mikroSD və s.

Mobil telefon aparatının xüsusi özəlliklərindən biri də odur ki, batareya ömrünün digərlərinə nisbətən uzun olmasıdır. 2800 mAh gücündə batareyaya sahib olan cihaz tam dolduqda 25 saat dayanmadan istifadəyə imkan yaradır.

Telefon aparatının qalınlığı 9,5 mm, 170 qram ağırlığındadır. Onun bazara çıxarılacağı tarix və qiyməti açıqlanmayıb.

ANN.Az

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM