"Biz son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində üçün şərait yaratmışıq, trenajorlar quraşdırılıb. Hesab edirəm ki, biz bu təcrübəni bütün bölgələrə aparmalıyıq, orada tətbiq edilməlidir. Nazirlik, yerli icra orqanları bu məsələ ilə ciddi məşğul olsunlar”, - Prezident bildirib.
O bildirib ki, Azərbaycanın əksər yerlərində hava şəraitinin il boyunca müsbət olduğu nəzərə alınsa açıq havada idman meydançalarının yaradılması həm insanların sağlamlığına, həm də bütövlükdə idmanın inkişafına müsbət təsir edə bilər.
Hazırda Bakıda salınan Mərkəzi parkda inventarla təmin olunmuş idman meydançaları düzəldilib. Bu təcrübə şəhərin yeni salınan digər parklarında da tətbiq edilir.
Lida Abbaslı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !