Bölgələrdə hərbi vəzifəlilər irimiqyaslı təlimlərə cəlb olundu

11:45 | 04.02.2015
Bölgələrdə hərbi vəzifəlilər irimiqyaslı təlimlərə cəlb olundu

Bölgələrdə hərbi vəzifəlilər irimiqyaslı təlimlərə cəlb olundu

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrinin fevralın 2-dən başlayan irimiqyaslı təlimlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin respublikanın qərb bölgəsində yerləşən şöbə və bölmələri iştirak edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən virtualaz.org saytına verilən məlumata görə, təlimlər zamanı hərbi birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə onların müharibə dövrünün ştatına uyğun komplektləşdirilməsi üçün ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri cəlb olunub.

Hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin çağırılması, Silahlı Qüvvələrin hərbi hissələrinə, birləşmələrinə çatdırılması və təhvil verilməsi tələb olunan həcmdə və vaxtda, mütəşəkkil qaydada həyata keçirilib.

"Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" qanuna müvafiq olaraq bu işdə yerli icra hakimiyyəti orqanları iştirak edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə və bölmələrinə yaxından köməklik göstəriblər.

Müvafiq icra hakimiyyəti orqanlarının birlikdə apardıqları təbliğat və maarifləndirmə işlərinin nəticəsi olaraq təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilər üzərlərinə düşən vəzifələri yerinə yetirməyə yüksək hazırlıq və vətənpərvərlik ruhu nümayiş etdiriblər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb