ABŞ dövlət katibi Antoni Blinken aprelin əvvəlində Fransa və Belçikaya səfər etmək niyyətindədir.Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
O qeyd edib ki, Blinken Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşəcək, orada Ukrayna və Qəzza zolağı ilə bağlı vəziyyəti müzakirə edəcək.
Onun sözlərinə görə, adıçəkilən ölkələrə səfər aprelin 1-dən 5-dək baş tutacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !