Bloger Nurlan Cəfəri həbs edilib- VİDEO

10:32 | 31.03.2023
Bloger Nurlan Cəfəri həbs edilib- VİDEO

Bloger Nurlan Cəfəri həbs edilib- VİDEO

Bloger Nurlan Cəfəriyə 15 sutka həbs cəzası verilib. Bu barədə Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, bloger martın 31-də  Yasamal rayonunda keçirilən qanunsuz aksiya cəhdi zamanı saxlanılıb.

"Nurlan Cəfəri ictimai asayişi mühafizə edən polis əməkdaşlarının fəaliyyətinə mane olduğu, jurnalist etikasından kənar hərəkətlər etdiyi üçün ərazidən uzaqlaşdırılıb. Onun polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla kobudluq etməsi və əl hərəkətləri ilə onları vurmağa cəhd göstərməsi müşahidə edilib. O, bu əməllərə görə polis orqanına dəvət edilməklə etdiyi hərəkətlər sübutlarla ona əyani göstərilib. Konkret sübutlar qarşısında etdiyi hərkətlərdən peşman olduğunu bildirən Nurlan Cəfəri barəsində toplanan materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Nurlan Cəfəri barəsində 15 sutka inzibati həbs qərarı verilib”,- məlumatda bildirilib.
 
Bloger facebook hesabında mülki geyimli polis əməkdaşının digər jurnalist Cəmilə Əzimova qarşı zorakılıq etdiyini yazıb.

"Polis əməkdaşı xanım əməkdaşımız Cəmilə Əzimovaya qarşı zorakılıq edirdi, müdaxilə etmək üçün yaxınlaşdım, itələdi daha sonra bu videodakı özünə və vəzifəsinə hörmət qoymayan mülki geyimdə olan polis əməkdaşı öncə mənə zərbə vurdu daha sonra belimdən yapışıb "padnoşka" adlanan güləş fəndi ilə yerə çırpdı. Telefonum düşüb ekranı sındı. İndi mənim bu telefonumun pulunu ödəməmiş kim düzəltdirəcək?", bloger bildirib
 
Nurlan Cəfəri facebook hesabında hadisənin kadrlarını yayıb.



Ötən gün bir qrup şəxs Ədliyyə Nazirliyi qarşısında aksiya keçirməyə cəhd edib.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb