“Bloomberg”: Dünyanın ən nüfuzlu insanlarının varidatı 92 milyard dollar artıb

22:50 | 30.12.2014
“Bloomberg”: Dünyanın ən nüfuzlu insanlarının varidatı 92 milyard dollar artıb

“Bloomberg”: Dünyanın ən nüfuzlu insanlarının varidatı 92 milyard dollar artıb

Dünyanın ən nüfuzlu insanlarının ümumi kapitalı cari ildə 92 milyard dollar artıb. Bu haqda ABŞ-ın "Bloomberg” işgüzar xəbər agentliyi məlumat paylaşıb.
 
ANN.Az "ICTnews"a istinadən xəbər verir ki, ABŞ xəbər agentliyinin qiymətləndirməsinə əsasən, planetin 400 zəngin insanının ümumi varidatı artıq təxminən 4,1 trilyon dollara yaxınlaşıb.  Çinin "Alibaba” internet şirkətinin təsisçisi və direktorlar şurasının sədri Cek Ma, "Dalian Wanda Group” investisiya şirkətinin sahibi Van Szyanlin, həmçinin "Berkshire Hathaway” investisiya holdinqinin rəhbəri Uorren Baffet zəngin insanlar arasında daha çox uğur əldə ediblər.
 
Cek Ma ötən il öz kapitalını 25,1 milyard dollar artırmağa nail olub. Beləliklə, "Bloomberg”in məlumatına görə, keçmiş ingilis dili müəllimi Asiyanın ən zəngin insanı olub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti