BMT 348 yardımı Qəzzaya çatdıra bilməyib

09:55 | 24.09.2024
BMT 348 yardımı Qəzzaya çatdıra bilməyib

BMT 348 yardımı Qəzzaya çatdıra bilməyib

BMT Qəzayya humanitar yardım çatdırmaq üçün avqustu ən çətin ay kimi adlandırıb. Bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məlumat yayıb.

Bildirilib ki, avqustda Qəzzaya 598 humanitar yardımın çatdırılması nəzərdə tutulsa da bunun yalnız 250-si mümkün olub. 

"Avqust ayında humanitar əməliyyatların cəmi 46%-i ya girişdən məhrum edilib, ya da maneələrlə üzləşib, bu, 2024-cü ilin yanvarından bu yana humanitar yardımın əldə edilməsi üçün ən çətin ay olub”, - nəşr bildirib.


Ötən ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.
 
İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən "Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.
 
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür