BMT: 43 ölkədə bir milyard insan vəba riski ilə üzləşir

22:44 | 22.05.2023
BMT: 43 ölkədə bir milyard insan vəba riski ilə üzləşir

BMT: 43 ölkədə bir milyard insan vəba riski ilə üzləşir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) yaydığı birgə açıqlamaya görə, bir çox ölkənin vəba epidemiyası ilə üz-üzə olduğu bildirilib.
 
Açıqlamada yoluxma hallarının sayının artdığı və vəba epidemiyası ilə bağlı vəziyyətin 10 il əvvəlkindən daha pis olduğu qeyd olunub.
 
Bildirilib ki, hal-hazırda bir milyard insan vəba təhlükəsi ilə üz-üzədir və 5 yaşdan kiçik uşaqlarda bu risk daha yüksəkdir.
 
Açıqlamada qeyd olunub ki, vəbadan ölüm halları həyəcanverici səviyyədə artıb.
 
Bu il Malavi və Nigeriyada yoluxma sayının gözləniləndən çox olub. Malavi, Mozambik, Cənubi Afrika, Tanzaniya, Zambiya və Zimbabvedə yayılan infeksiyalar Cənub-Şərqi Afrikaya ciddi şəkildə təsir edib. Bu ilin fevral və martında Freddi qasırğası Malavi və Mozambikdə 800 min insanın məcburi köçkün olmasına və səhiyyə xidmətlərindən istifadə edə bilməməsinə səbəb olub. Buna görə də leysan yağışları və daşqınlar bölgədə vəba riskini artırıb.

ÜST yoluxmanın daha çox arta biləcəyini proqnozlaşdırır. Qurum 2025-ci ilə qədər peyvənd dozalarının ikiqat artırmalı olduğunu bildirib.
 
Eltac Nurullazadə

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM