BMT iqlim şəffaflığı məsələlərinə üstünlük verdiyinə görə Azərbaycana minnətdardır. Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva deyib.
"BMT bütün dünya ölkələrini bu ilin sonuna qədər ilk illik şəffaflıq hesabatlarını (BTR) təqdim etməyə çağırır. BMT həmçinin dövlətləri bütün iqtisadi sektorlar üzrə ümumi istixana qazı emissiyaları barədə hesabat verməyə təşviq edir" , - o deyib.
Andreeva qeyd edib ki, hesabatların mövcudluğu iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişin monitorinqi və milli fəaliyyət planlarının həyata keçirilməsi üçün zəruridir.
Andreeva həmçinin vurğulayıb ki, BMT COP29-a hazırlıq və Bakı Qlobal Şəffaflıq Platformasının işə salınmasında Azərbaycana dəstəyini davam etdirəcək.
"Birləşmiş Millətlər Təşkilatı Azərbaycanı iqlim şəffaflığı məsələlərinə üstünlük verdiyinə və Bakı Qlobal Şəffaflıq Platformasının yaradılmasına görə alqışlayır”, - o əlavə edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !