BMT Baş Assambleyasının prezidenti Anar Kərimovla görüşüb

18:00 | 07.05.2022
BMT Baş Assambleyasının prezidenti Anar Kərimovla görüşüb

BMT Baş Assambleyasının prezidenti Anar Kərimovla görüşüb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahid Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovla görüşüb.Bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak məlumat verib.

Sözçü bildirib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kubiakın sözlərinə görə, Baş Assambleyanın prezidenti həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən post münaqişə dövrlərində mədəniyyətlərarası və dinlərarası dialoqun, mədəni və dini irsin qorunmasına xidmət edəcək "Mədəniyyət naminə sülh" ("Peace4culture”) layihəsini fəaliyyət planı haqqında məlumat alıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb