BMT Baş Assembleyasının 79-cu sessiyasının prezidenti, Kamerunun keçmiş Baş naziri Filemon Yanq Azərbaycana səfər edəcək.Bunu "Report"a açıqlamasında Baş Assambleya sədrinin kommunikasiyalar üzrə müşaviri Mariam Şaikh bildirib.
Məsləhətçi əlavə edib ki, Filemon Yanq COP29 çərçivəsində Bakıda yüksək səviyyəli tədbirlər və müzakirələrə qatılacaq və bir sıra görüşlər keçirəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !