BMT baş katibi Kim Çen Ina xəbərdarlıq edib

20:42 | 19.02.2014
BMT baş katibi Kim Çen Ina xəbərdarlıq edib

BMT baş katibi Kim Çen Ina xəbərdarlıq edib

BMT-nin baş katibi Pan Gi Mun Şimali Koreya hakimiyyətini ölkədə insan hüquqları ilə bağlı vəziyyəti yaxşılaşdırmağa çağırıb. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə dünən ümumdünya təşkilatının rəsmi nümayəndəsinin mesajında bildirilib.Onun sözlərinə görə, Pan Gi Mun Şimali Koreyada BMT-nin insan hüquqlarının pozulması hallarının araşdırılması komissiyasının yekun nəticəsi ilə bağlı narahatdır. Bundan əvvəl bildirilmişdir ki, bu komissiya bu nəticəyə gəlib ki, Şimali Koreyanın rəhbərinin əməllərinə Beynəlxalq Cinayət Məhkəməsində baxıla bilər.1 ilə yaxın yoxlama müddəti zamanı, beynəlxalq təşkilatın nümayəndələri burada insanların kütləvi məhv edilməsi haqqında bir neçə fakta rast gəliblər. Bu faktlar bazar ertəsi günü Cenevrədə təqdim olunan 372 səhifəlik məruzədə toplanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM