BMT baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

10:16 | 14.07.2020
"Azərbaycan və Ermənistan arasında cəbhə xəttində ölümlə nəticələnən döyüşlər olduqca narahatedici hadisədir”

Anews.az BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antoniu Quterriş deyib. O, cəbhədə baş verən gərginliyin dərhal dayandırılmasını və vəziyyətin yaxşılaşdırılması üçün addımların atılmasının vacibliyini vurğulayıb.
 
Baş katib həmçinin bildirib ki, bu təhlükəli vəziyyəti həll etmək üçün sülh yolu ilə danışıqlar yolunu dəstəkləyir. Məlumatı baş katinib sözçüsü Stefan Dujarrik yayıb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM