BMT bazasına hücum: onlarla insan öldü

09:00 | 18.04.2014
BMT bazasına hücum: onlarla insan öldü

BMT bazasına hücum: onlarla insan öldü

Cənubi Sudanda BMT bazasına törədilmiş hücum nəticəsində onlarla insan ölüb.APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Tobi Lanzer bildirib.   Qeyd edək ki, Bor şəhərində yerləşən BMT-nin bazasında 5 minədək məcburi köçkün sığınacaq tapıb. BMT nümayəndəsinin sözlərinə görə, ötən gün 300-dək silahlı gənc petisiya ilə  bazanın darvazasına yaxınlaşıb. Bir müddət sonra onlar bazanın ərazisinə soxularaq atəş açıblar. Sülhməramlıların xəbərdarlıq atəşi açması atışmanı daha da şiddətləndirib.   Məlumata görə, hücum nəticəsində onlarla insan həlak olub. Atışma zamanı iki sülhməramlı yaralanıb. ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM