BMT bəyanat yaydı

14:15 | 27.06.2015
BMT bəyanat yaydı

BMT bəyanat yaydı

BMT məruzəçiləri Boston marafonunda terror aktı törədən çeçen əslli Cövhər Sarnayev barəsində verilən edam qərarından sonra edamın tamamilə ləğv olunması üçün rəsmi Vaşinqtona mçüraciət ediblər. 

ANS PRESS-in məlumatına görə, BMT-nin işgəncələr əleyhində xüsusi məruzəçisi Xuan Mendez və BMT-nin məhkəmdənkənar edamlar və özbaşına cəzalandırmalar üzrə xüsusi məruzəçisi Kristof Heyns bu barədə ortaq bəyanat yayıblar. 

"Sarnayevin işlədiyi cinayətin ağır cinayət çərçivəsində olmasına baxmayaraq bu qərar ölkədə edamın ləğv olunması istiqamətində aparılan fəaliyyətlərlə təzad təşkil edir. ABŞ-a, edam cəzalarına qarşı moratorium qərarı qəbul etməsi və edamın tamamilə ləğv olunması üçün müraciət edirik.” 

Məruzəçilər həmçinin Sarnayevin edam cəzasının ömürlük həbs ilə əvəzlənməsi nöqtəsində həmfikir olduqlarını bildiriblər. 

Bəyanatda həmçinin, dünya ölkələrinin dörddə üçündə edamın ləğv olunduğu, ABŞ-da da Kolorado, Montana, Kansas və Delaver ştatlarında edamın ləğv olunmasının müzakirə edildiyi xatırladılıb. 

Xatırladaq ki, 2013-cü ilin aprelində Boston marafonu zamanı terror aktı törədilib. Hadisə nəticəsində 3 nəfər həlak olub 260-dan çox insan yaralanıb. Tamerlan Sarnayev asayiş keşikçiləri tərəfindən öldürülüb, onun qardaşı Cövhər isə həbs edilib və barəsində edam hökmü verilib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM