Oktyabrın 14-də keçiriləcək səsvermədə Ukraynanın BMT-nin Təhlükəsizlik Şurasında yer qazanacağı gözlənir. Ukrayna Rusiyaya qarşı dayanacağına and içib. Belə ki, Rusiya veto hüququndan yararlanaraq Ukrayna və Qərblə strateji müharibə aparır
Hazırda Şurada yer uğrunda mübarizədə Ukraynanın Şərqi Avropadan rəqibi yoxdur. Ukrayna məqsədinin güclü qonşusu Rusiyanın hegemonluğu ilə mübarizə aparıb qlobal sülh və təhlükəsizliyi saxlamaq olduğunu deyir. Rusiya Şuranın 15 daimi üzvündən biridir.
Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ölkəsinin seçilməsi üçün kampaniya aparmaq məqsədilə Nyu Yorka gedib. O, Ukraynanın daha geniş qlobal gündəmi olduğunu, ancaq Rusiya ilə münasibətin də "qətiyyən barışdırıcı” olmayacağını bəyan edib. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !