BMT-dən Qarabağ bəyanatı

08:44 | 05.08.2014
BMT-dən Qarabağ bəyanatı

BMT-dən Qarabağ bəyanatı

Pan Gi Mun münaqişə tərəflərini zorakılıqdan çəkinməyə və sülhə nail olmaq üçün dialoqa çağırdıBMT Baş Katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejiminə əməl etməyə və şiddətdən çəkinməyə çağırıdı.ANS PRESS-in məlumatına görə, bu barədə ümumdünya təşkilatın rəsmi nümayəndəsinin bazar ertəsi yaydığı bəyanatda deyilir. “O (Pan Gi Mun) bütün tərəfləri atəşkəs danışığına hörmət etməyi, növbəti şiddətdən çəkinməyi və dərhal özlərini məsələnin sürətli və dinc siyasi həllinə nail olmaq üçün dialoqa həsr etməyi çağırdı” deyə nümayəndə Pan Gi Munu şərh edir.

Sənəddə deyilir ki, Baş katib son günlərdə münaqişə zonasında artan gərginlikdən ATƏT-in Minsk qrupunun narahatlığını paylaşaraq səylərini tam dəstəklədiyini bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM