ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarric Qəzzanın abadlığı üçün Qahirədə təşkil edilən yardım konfransında əhəmiyyətli bir addım atıldığını dilə gətirib: "Konfransda verilən öhdəliklərin yerinə yetirilməsi Qəzzanın abadlığı üçün çox əhəmiyyətlidir".
Misirin paytaxtı Qahirədə 12 oktyabrda keçirilən "Qəzzənin yenidən abadlığı" mövzulu beynəlxalq konfransda iştirakçı ölkələr tərəfindən 5,4 milyard dollarlıq yardım öhdəliyə götürülmüşdü.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Mühacirlərə Yardım Qurumunun (UNRWA) Qəzza üzrə direktoru Robert Turner Qəzzanın yenidən abadlığı üçün ayrılan büdcənin tükənmək üzrə olduğunu söyləmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !