İclasda sənədin qəbulunu təmin edəcək 9 səs toplamaq mümkün olmayıb.
Qətnamə layihəsini Rusiya daxil olmaqla yalnız 8 dövlət dəstəkləyib, əleyhinə iki dövlət – ABŞ və Avstraliya çıxış edib. Daha beş ölkə bitərəf qalıb.
APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, sənəd müstəqil Fələstin Dövlətinin yaradılmasını və Fələstin-İsrail münaqişəsinin tam nizamlanması üçün 12 ay müddət nəzərdə tutur. Qətnamə layihəsi həmçinin Fələstin Dövlətinin suverenliyinin təminatçısı olacaq "üçüncü tərəfin” nəzarəti altında 2017-ci ilin sonunadək İsrail qoşunlarının Fələstin ərazilərindən çıxarılmasını nəzərdə tutur.
Bundan başqa, sənəddə Şərqi Qüds də daxil olmaqla İsrailin 1967-ci ildən bu vaxtadək nəzarətinə keçmiş Fələstin torpaqlarında məskunlaşdırılma fəaliyyətinə tamamilə son qoymasının vacibliyi qeyd edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !