BMT: İran nüvə qurğularını sökür

13:47 | 19.11.2015
BMT: İran nüvə qurğularını sökür

BMT: İran nüvə qurğularını sökür

Bu barədə BMT-nin xüsusi hesabatında deyilir ki, Tehran dünya gücləri ilə əldə olunmuş nüvə sazişinin şərtlərini yerinə yetirməyə can atır.

İran bir aydan da az müddətdə özünün nüvə sentrifuqlarının 25 faizini demontaj edib.

Bu barədə BMT-nin xüsusi hesabatında deyilir ki, Tehran dünya gücləri ilə əldə olunmuş nüvə sazişinin şərtlərini yerinə yetirməyə can atır.

Bundan əvvəl bir sıra Qərb şərhçiləri İranın sazişinə əməletmə çevikliyini sual altına alırdılar.

Əldə olunmuş razılaşmaya əsasən Tehran sentrifuqların sayını nüvə silahının istehsalı üçün yetərli olmayacaq həddə qədər azaltmalıdır.

Reuters agentliyi bildirir ki, nüvə qurğularının bu cihazlara ziyan vurmadan demontaj edilməsi xeyli vaxt aparan işdir və bu, İranın üzərindən Qərb və ABŞ sanksiyalarının qaldırılmasını ləngidə bilər.

Bəzi diplomatlar İranın "xüsusi əhəmiyyətli qurğuları hələlik sökmədiyini” iddia edirlər.

Lakin ekspertlərin fikrincə içərisində artıq müvafiq maddələr olan sentrifuqların sökülməsi mürəkkəb prosesdir.

BMT-nin nüvə agentliyinin məxfi hesabatına görə İran artıq 4500 sentrifuqu Fordou və Natanz zavodlarından çıxarıb.

Sazişə görə İran sentrifuqların sayını 19 mindən 6100-ə endirməlidir.

Hesabatda bildirilir ki, İranın bütün nüvə zavodlarında zənginləşdirmə prosesi dayandırılıb.

İranda hazırda 8305, 6 kiloqram zənginləşdirilmiş uran var, lakin sazişə görə bu rəqəm 300 kiloqramadək ixtisar olunmalıdır. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM