BMT jurnalistlərin Bakı aeropotundan çıxarılmasına reaksiya verdi

18:19 | 15.05.2014
BMT jurnalistlərin Bakı aeropotundan çıxarılmasına reaksiya verdi

BMT jurnalistlərin Bakı aeropotundan çıxarılmasına reaksiya verdi

"Avropa Şurasına üzv ölkələrin heç biri Azərbaycanın nə üzvlüyünə, nə də AŞ Nazirlər Kabinetinə sədrliyinə qarşı çıxmayıb".ANS PRESS-in məlumatına görə, AŞ Baş katibi Torbjon Jaqlandın (Thorbjorn Jagland) sözçüsü Daniel Holtgen bu sözləri BBC Azərbaycancaya müsahibəsində deyib. Çərşənbə günü fransız araşdırmaçı jurnalistlərin Bakı aeroportunda saxlanılıb video materiallarının müsadirə olunması barədə məlumata işarə edən AŞ rəsmisi ifadə azadlığı məsələlərində real inkişaf olmadığını bildirib.Onun sözlərinə görə, qarşı çıxanların olmamasına baxmayaraq, AŞ-dan Azərbaycanda ifadə azadlığı və insan haqları vəziyyəti barədə narahatlığı ifadə edən bəyanatlar az olmayıb.Daniel Holtgen Azərbaycanda ifadə və media azadlığının Aİ Baş katibinin gələn həftə baş tutacaq Bakı səfəri zamanı müzakirə olunacaq mövzulardan biri olduğunu qeyd edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM