BMT Kiyevə yardımı kəsir

17:30 | 31.03.2015
BMT Kiyevə yardımı kəsir

BMT Kiyevə yardımı kəsir

BMT lazım olan vasitələrin çatışmazlığına görə Ukraynanın şərqinə humanitar yardımın çatdırılmasını dayandıra bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İİdarəsinin yeni məruzəsində deyilir.

BMT əvvəllər Ukraynaya 2015-ci il üçün humanitar kömək proqramını 3,2 milyon insan üçün hesablayıb və bunun icrasına 316 milyon dollar lazım idi. Son məruzədə göstərilir ki, indiyədək ümumi məbləğdən yalnız 16% alınıb.

Məruzdə deyilir: "Humanitar planın reallaşdırmasına vasitələrin çatışmazlığı əsas istiqamətlər üzrə əməliyyatların keçirilməsinə əhəmiyyətli təsir göstərəcək. Donetskdə yaralılara tibbi yardım məhsulların, dərmanların göndərilməsinə pul çatmır". 

BMT nümayəndələri "de-fakto Donetsk hakimiyyəti ilə" görüşübr və humanitar köməyin çatdırılmasının yaxşılaşmasının texniki imkanlarını müzakirə ediblər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM