BMT Livanla bağlı xəbərdarlıq edib

20:56 | 26.01.2025
BMT Livanla bağlı xəbərdarlıq edib

BMT Livanla bağlı xəbərdarlıq edib

BMT-nin Livan üzrə xüsusi koordinatoru Janin Hennis-Plasshart və BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin komandanı general Haroldo Lasaro Saenz İsrailin sərhəd bölgələrini atəşə tutması nəticəsində mülki əhali arasında itkilərdən narahat olduqlarını bildiriblər.Bu barədə tərəflərin birgə bəyanatında deyilir.

Qeyd olunub ki, BMT sülhməramlıları Livan silahlı qüvvələrinin tələbi ilə insidentlərin baş verdiyi və mülki əhali arasında itkilərin olduğu bölgələrə göndərilib:

"Biz İsrail əsgərlərinin hələ də olduğu şəhər və kəndlərə mülki əhalinin gəlməsi ilə bağlı xəbərlərdən narahatıq. 60 günlük atəşkəs razılaşmasında nəzərdə tutulan müddətə əməl edilmədiyindən onların sərhədboyu ərazilərə təhlükəsiz qayıtması üçün şərait yaradılmayıb. Vəziyyətin pisləşməməsi zəruridir və biz əhalini Livan Ordu Komandanlığının onların həyatlarını qorumağa yönəlmiş göstərişlərinə əməl etməyə çağırırıq”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM