Missisipi və Amazon çaylarında suyun səviyyəsi minimuma çatıb. Bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının ekspertləri məlumat yayıb.
Məlumata görə, son 33 il ərzində aparılan müşahidələrə əsasən, 2023-cü ilin iqlimi dünyanın ən böyük çaylarının vəziyyətinə çox təsir edib.
Keçən il uzun sürən quraqlıq Şimali, Mərkəzi və Cənubi Amerikanın bir çox bölgələrində çay axınını azaldıb. Görünməmiş istilər fonunda Qanq, Brahmaputra və Mekonq çayları hövzələrində də suyun səviyyəsi orta səviyyədən aşağı düşüb.
Ötən il dünya su hövzələrinin 50 faizində anormal şərait yaşanıb. Onların əksəriyyəti yerli kənd təsərrüfatı və sənayeni vuran su çatışmazlığı yaradıb.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !