BMT missiyası: Suriyada kimyəvi silahdan istifadə edilib

12:25 | 13.12.2013
BMT missiyası: Suriyada kimyəvi silahdan istifadə edilib

BMT missiyası: Suriyada kimyəvi silahdan istifadə edilib

BMT-nin Suriyada kimyəvi silah tətbiq olunması üzrə faktların müəyyənləşdirilməsi üzrə missiyası yekun hesabatını baş katib Pan Gi Muna təqdim edib. APA-nın BMT mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, P. G. Mun hesabatla tanış olacağını və onu Baş Assambleya üzvlərinə təqdim edəcəyini, eləcə də dekabrın 16-da Təhlükəsizlik Şurasında brifinq keçirəcəyini söyləyib. Qeyd edək ki, hesabat artıq BMT-nin tərksilah üzrə idarəsinin saytında dərc olunub. Hesabata əsasən BMT missiyası belə qənaətə gəlib ki, Suriyadakı münaqişə zamanı kimyəvi silahdan istifadə edilib. Sənəddə Suriya ərazisində aprelin 29-da, martın 19-da, avqustun 21-də və avqustun 24-də həm əsgərlərə, həm də dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə olunduğu bildirilib. Lakin kimyəvi silahın kim tərəfindən tətbiq edildiyi açıqlanmayıb.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb