BMT-nin baş katibi Ankarada teroru pisləyib

13:30 | 11.10.2015
BMT-nin baş katibi Ankarada teroru pisləyib

BMT-nin baş katibi Ankarada teroru pisləyib

BMT-nin baş katibi Pan Gi Mun Ankarada törədilən qanlı terror aktı ilə bağlı kəskin bəyanatla çıxış edib.

"Report”un RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, baş katib bildirib ki, 86 nəfərin həyatına son qoyan terror aktının təşkilatçıları teziklə müəyyən edilməli və məsuliyyətə cəlb olunmalıdır.

Pan Gi Mun, "Terror aktı ilə əlaqəli olan bütün şəxslər cəzalandırılmalıdır” deyə vurğulayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM