BMT-nin baş katibi Pan Gi Mun prezident İlham Əliyevi təbrik edib.
ANN.Az-ın məlumatına görə, təbrikdə deyilir:
“Hörmətli cənab prezident, Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ən xoş arzularımı çatdırıram. Əminəm ki, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız həm birbaşa BMT, həm də təşkilatın Azərbaycandakı nümayəndəliyi ilə gələcəkdə də davam etdiriləcək. Mən Azərbaycanın BMT-nin dəyər və prinsiplərinə sədaqətinə güvənirəm. Bu ilin oktyabr ayında Təhlükəsizlik Şurasının sədri kimi səmərəli fəaliyyətinə görə Azərbaycana təşəkkür edir və Birləşmiş Millətlər Təşkilatı ilə birgə sülh, təhlükəsizlik və davamlı inkişaf sahəsində qlobal çağırışların həllinə vacib töhfələrinizi yüksək qiymətləndirirəm”.
ANN.Az