BMT-nin əməkdaşları Kaxovskaya SES-də vəziyyəti qiymətləndirib

22:25 | 07.06.2023
BMT-nin əməkdaşları Kaxovskaya SES-də vəziyyəti qiymətləndirib

BMT-nin əməkdaşları Kaxovskaya SES-də vəziyyəti qiymətləndirib

Xersonda BMT əməkdaşları Kaxovskaya su elektrik stansiyasında stansiyanın dağılmasından və suda sıçrayışdan sonra vəziyyəti qiymətləndiriblər.  Bunu  BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

"Bizim OCHA (BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi) həmkarlarımız, BMT-nin beş agentliyinin və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birlikdə Kaxovka bəndinin dağılması nəticəsində dəyən ziyanı qiymətləndirmək üçün bu gün Xersonda olublar", - Düjarrik deyib.

O əlavə edib ki, BMT nümayəndələri yerli hakimiyyət və təşkilatlarla yardımın əlaqələndirilməsi məsələsini də öyrəniblər.

İyunun 6-na keçən gecə Kaxovskaya su elektrik stansiyasının yuxarı hissəsi dağılıb. Nəzarətsiz su axıdılması nəticəsində 36 yaşayış məntəqəsi, o cümlədən üç rayonun Novaya Kaxovka və digər yaşayış məntəqələri su altında qalıb.

İyunun 7-də Rusiya prezidenti Vladimir Putin su elektrik stansiyasının dağıdılmasını böyük ekoloji və humanitar fəlakətə səbəb olan "barbar hərəkət” adlandırıb və Ukrayna hakimiyyətini günahlandırıb. Öz növbəsində Ukrayna prezidenti Vladimir Zelenski rus qoşunlarının Kaxovka SES-i içəridən partladıblar
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM