BMT-nin hesabatı: "Çox sayda qadına təcavüz edib yandırdılar"

11:22 | 01.07.2015
BMT-nin hesabatı:

BMT-nin hesabatı: "Çox sayda qadına təcavüz edib yandırdılar"

BMT Cənubu Sudanda baş verən hadisələrlə bağlı öz hesabatını təqdim edib və bu bölgədə dəhşətli hadisələrin baş verdiyi açıqlanıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, BMT-nin Cənubu Sudan Missiyasının (UNMİSS) hazırladığı hesabatda Cənubi Sudab Ordusunun (SPLA) VƏ digər qapalı birləşmələrin ölkədə insan haqlarını pozduğu, şiddət tətbiq etdiyi, çox sayda qadın və qızlara təcavüz olunduğu, daha sonra onların yandırıldığı vurğulanıb.

UNMİSS 115 zərəçəkənin və hadisələrin şahidlərinin ifadələri əsasında hazırladığı hesabatda ordu və qapalı birləşmələrin sadə vətəndaşları öldürdüyü, evlərin və iş yerlərinin dağıdıldığı, kəndlərin viranə qoyulduğu, 100 mindən çox adamın məcburi köçkünə çevrildiyi göstərilib.

Ölkənin Uniti əyalətinin Rubkona, Guit, Koç, Lir, Mayom bölgələrində insanlara qarşı vəhşilik aktlarının törədildiyi deyilən hesabatda "Şahidlərin ifadələrinə görə, SSPLA üzvləri çox sayda qızları, qadınları qaçıraraq təcavüz edib, bəziləri isə evlərində diri-diri yandırılıb" cümlələri yer alıb. 

Sənəddə öldürmə, təcavz etmə, yandırma və qarət etmə hadisələri "çəhşilikdə yeni bir məhrələ" kimi xarakterizə olunub.

BMT baş katibinin xüsusi təmsilçisi Ellen Margrethe Loj hadisələrlə bağlı açıqlama verib: "Baş verən hadisələrlə bağlı faktların ortaya qoyulmasından sonra bu qorxunc cinayətlərin araşdırılacağına, vəhşilikləri törədənlərin toxunulmazlıq səddinin məhv ediləcəyinə ümid edirik".

Loj Cənubi Sudan hökumətinə də müraciət edərək BMT insan haqları müdafiəçilərinin bu "vəhşiliklərin" yaşandığı bölgəyə daxil olması üçün icazə istəyib.

Dünyanını ən gənc dövləti olan Cənubi Sudanda 2013-cü ilin sonlarından başlayaraq 1,95 milyon ölkə vətəndaşı öz yurd-yuvalarından didərgin düşüb, 293 min adam isə xarici ölkələrə sığınıb. 120 min adam isə BMT-nin sığınacaqlarında yerləşdirilib.
 
Nuray

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM